Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-03 15:38:00
“Cambridge Assessment English” beynəlxalq qiymətləndirmə qurumunun TKT imtahanları üçün qeydiyyatı elan edilir!

Son müraciət tarixi 4 sentyabr 2021-ci ildir

 

AzEdu.az xəbər verir ki , Dövlət İmtahan Mərkəzi (DİM) “Cambridge Assessment English” beynəlxalq qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olaraq ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən kvalifikasiya - TKT (Teaching Knowledge Test) imtahanlarına qeydiyyat elan edir. 

DİM aşağıdakı TKT modulları üzrə imtahanları təklif edir:

 

 

  • TKT Module 1
  • TKT Module 2
  • TKT Module 3
  • TKT Module YL

 

(Young Learners)

 

  • TKT Module CLIL

 

(Content Language Integrated Learning) 

 

İmtahan 9 oktyabr 2021-ci il tarixində keçiriləcək. Son müraciət tarixi 4 sentyabr 2021-ci ildir. 

 

Xatırladaq ki, DİM “Cambridge Assessment English” rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Cambridge İngilis dili üzrə Qiymətləndirmə), Cambridge English Teaching (Cambridge İngilis dili üzrə Tədris) və LinguaSkill imtahanlarını təklif edir. 

 

Namizəd imtahana qeydiyyatdan keçdikdən sonra 5 (beş) gün ərzində elektron ünvanına göndərilmiş sənəd (faktura/invoice) əsasında ödəniş etməklə qeydiyyatını təsdiq edə bilər. 

 

“Cambridge” imtahanları barədə ətraflı məlumatı keçiddən əldə etmək mümkündür. Əlavə məlumat üçün [email protected] elektron poçtuna da yaza bilərsiniz.