Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-03 12:38:00
Biologiya, İngilis dili, Tarix və Coğrafiya fənlərinin keçid balı nə qədər olacaq?- CAVAB

 

 

 

MİQ üzrə Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak edən namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir. 

 

 

Müəllim namizədləri düşündürən əsas məsələ fənlər üzrə keçid balları ilə bağlıdır.

 

 

AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, bütün fənlər üzrə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçid balları ilə bağlı tezliklə məlumat veriləcək. 

 

 

Qeyd olunan fənlər ürə namizədlər 3 avqust saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər. Vakansiya seçimi prosesi 6 avqust saat 10:59-dək davam edəcək.

 

 

Qeyd edək ki, cari ildən etibarən ilk dəfə olaraq müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı veriləcək. Onlar şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə biləcəklər.

 

 

Bütün müsabiqə iştirakçılarına uğurlar arzulayırıq.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları