Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-16 15:51:00
TN: Magistr təhsili alan müəllim namizədlər də MİQ-də iştirak edə bilər

“Magistratura səviyyəsi üzrə təhsil alan namizədlər də müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər”.

 

AzEdu.az  xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu üzrə müsabiqədən danışarkən deyib.

 

O bildirib ki, nəticədən asılı olaraq həmin şəxslər işə qəbul ola bilərlər: “Eyni zamanda iş rejimi və təhsil aldıqları saatların uyğunlaşmasından asılı olaraq əmək müqaviləsi imzalamaları da mümkündür”.(Report.az)