Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-22 10:14:11
Sertifikasiya ilə bağlı yayılan informasiyalara Nazirlikdən REAKSİYA: “Bu məlumatlara etibar etməyin!”

Sertifikasiya prosesi ilə əlaqədar sosial mediada qeyri-rəsmi informasiyaların yayılıb.

Bu barədə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitunun İnsan Resursları Mərkəzindən AzEdu.az-a bildirilib. Məlumatda qeyd olunur ki, mərkəz həmin qeyri-rəsmi məlumatları nəzərə alaraq, bir neçə nüansı diqqətinizə çatdırır:

“Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərdən biri də sertifikatlaşdırma prosesi ilə bağlıdır. Belə ki, dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Sərəncamda sertifikasiya ilə bağlı müvafiq qaydaların 5 ay müddətində hazırlanıb təqdim olunması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Sertifikatlaşdırma prosesinin aparılması ilə bağlı müvafiq qaydaların ilin sonunadək hazırlanması planlaşdırılır. Hazırda sözügedən qaydalar olmadığı üçün prosesin nə zaman və hansı formada keçiriləcəyi ilə bağlı açıqlama vermək mümkün deyil. 
Sertifikasiyanın aparılması ilə bağlı qaydalar hazırlanıb təsdiq edilənədək əsası olmadan yayılan məlumatlara etibar etməməyinizi təvəqqe edirik”.

Qeyd edək ki, “Təhsil haqqında” Qanuna edilən dəyişikliyə əsasən, dövlət ümumitəhsil müəssisələrində çalışan müəllimlər yalnız sertifikatlaşdırılmadan keçəcəklər. Yəni onların həm attestasiya həm də sertifikasiyadan keçməsinə heç bir ehtiyac qalmayacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları