Hazırda dünyada 20-dən çox Montessori məktəbi var. Bu məktəbə 0-18 yaşına qədər olan uşaqlar qəbul olunur . Uşaqlar körpəlikdən etibarən Montessori məktəbində bir neçə fərqli mərhələdən keçirlər
AzEdu.az təqdim edir
Körpə birliyi - on dörd aydan üç yaşına qədər olan uşaqlar üçündür. Burada hərəkət, dil və müstəqilliyə diqqət yetirilir.
Uşaq evi
3-6 yaş arasında Montessori mühiti Uşaq evi adlanır.
Montessori ilkin/ İbtidai
Montessori ilkin və ya ibtidai məktəbi 6 ilə 12 yaş arası uşaqlar üçün bir mühit təmin edir. Bəzən uşaqlar 6-9 və 9-12 (yaş) olmaqla iki qrup şəklində ayrılır.
Montessori Orta
Montessori'nin 12 ilə 15 arasındakı yeniyetmələr üçün verdiyi proqram 'yerin uşaqları' mənasını verən “Erdkinder” adlanır. Bu yaşda gənc yeniyetmələrin həssas olduqlarına görə dərs prosesi təbiətə yaxın yerlərdə keçirilir.
Montessori Liseyi
15 Yaşına çatmış yeniyetmələr akademik təhsillərini davam etdirmək üçün Montessori Liseyinə keçirlər.
Montessori metodu əsas məqsədi , uşağa cəmiyyətdə öz özünü inkişaf etdirə biləcəyi şəkildə hərəkət və fəaliyyət azadlığı tanınmasıdır.
Montessori təhsili uşağa nə qazandırır?
- Uşaq, öz fərdi bacarıq və maraq sahəsi kəşf edir.
- Diqqətli olmağı öyrənir.
- İş zövqünü inkişaf etdirir.
- Məhsuldar olur.
- Qayğılarını ən doğru şəkildə necə xaricə vurmağı öyrənir.
- Özünə inamını və məsuliyyət duyğusunu inkişaf etdirirlər.
- Bir problemi həll etmək üçün necə çalışılacağını öyrənir.
- Özünə və başqalarına qarşı hörmətli olurlar.
Son olaraq qeyd edək ki , Bu metodu italyanın ilk qadın həkimi, pedaqoq və antropologiya professoru Maria Montessori (1870-1952) XX-əsrin əvvəllərində yaratmışdır
Gülcahan Məmmədova
kitabı