Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-29 17:20:00
Respublikanın ən gənc magistri məzun oldu

2020-2021-ci tədris ilində AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun magistraturasını müvəffəqiyyətlə bitirən respublikanın ən gənc magistri Nigar Veysəlova 98 bal ilə nanomateriallar kimyası ixtisası üzrə məzun olub.

 

Bu barədə AzEdu.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Nigar Veysəlova gələcək fəaliyyətini də elm sahəsində davam etdirmək və doktorantura təhsilini AMEA-da almaq niyyətindədir.

Xatırladaq ki, 2020-2021-ci tədris ilində AMEA-nın magistraturasını 74 məzun fərqlənmə diplomu ilə başa vurub. Onlardan 3 nəfəri magistraturanı ən yüksək göstərici ilə – 99 balla bitirib.