Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-29 15:31:00
Təhsil krediti almaq üçün müraciət prosesi necədir?-Tələbələrin NƏZƏRİNƏ

 

Təhsil  Tələbə Kreditinin verilməsinə dair məsələlərin tənzimlənməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Təhsil Tələbə Krediti” alt sistemi (bundan sonra - elektron sistem) vasitəsilə həyata keçirilir.

 

Tələbə, TTK almaq  üçün  müraciət  etmədən  öncə  notariat  qaydasında  ərizəsini  təsdiq  etdilməlidir.

 

AzEdu.az  xəbər  verir  ki, bu  ərizədə ilə tələbə, onun valideynləri, övladlığa götürənləri və ya himayəçisi aşağıdakı razılıqları verməlidirlər:

 

  1. Valideynlər, övladlığa götürənlər və ya himayəçi - 18 yaşınadək olan yetkinlik yaşına çatmayan tələbənin kredit müqaviləsi bağlamasına (tələbənin 18 və daha çox yaşı varsa bu tələb olunmur);

 

  1. Tələbə - ona aid gəlirlərin, xərclərin, əmlakların və digər zəruri fərdi məlumatların kredit müqaviləsinin qüvvədə olduğu müddətdə aidiyyəti dövlət orqanları və təşkilatları tərəfindən Fondun və müvəkkil bankın sorğusu əsasında ona (onlara) təqdim edilməsinə və muzdla və ya mülki-hüquqi xarakterli müqavilələrlə işlədikdə və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda alacağı əməkhaqqından və ya əldə edəcəyi gəlirdən TTK-nin qaytarılması məqsədilə müvəkkil bankın xeyrinə tutulmaların (gəlirin 20 faizindən çox olmamaq şərtilə) edilməsinə.

 

Bu qaydaya  müvafiq olaraq notariat qaydasında təsdiq olunmuş ərizə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən sorğu əsasında elektron sistemə göndərilir. Bu razılıq başqa məqsədlərə və ya digər kreditin qaytarılmasında istifadə edilə bilməz. Razılıq kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün verilir.

 

Daha  sonra  razılığı rəsmiləşdirilmiş tələbə elektron sistemdə qeydiyyatdan keçir və ona elektron sistemdə “Şəxsi kabinet” açılır, kabinetin şifrəsi onun əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Tələbə “Şəxsi kabinet”i vasitəsilə TTK-nin rəsmiləşdirilməsi üçün tələb olunan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.

 

Qeyd  edək  ki, TTK almaq hüququ elektron sistem vasitəsilə müəyyən edilir.