Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-28 15:48:00
Bu halda tələbələr ödənişin bir hissəsindən azad olunacaq-DİQQƏT

 

“Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası” təsdiq edilib.

 

AzEdu.az  xəbər  verir  ki, sosial  və  standar  kreditlərin  tətbiqi  üçün  ayrı-ayrı  güzəştlər  nəzərdə  tutulub.

 

Sosial kreditlər  bir sıra güzəştlərlə tətbiq olunacaq

 

Belə ki, ÜOMG-si 71 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmayacaq. Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 50 faizi hissəsinin ödənişindən azad olunacaq.

 

Standart kreditlər üçün də müəyyən güzəştlər tətbiq ediləcək

 

ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmayacaq. Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi hissəsinin ödənişindən azad olunacaq.

 

Qeyd  edək  ki, kreditlərin  Azərbaycan  vətəndaşlarına  manatla  verilməsi  nəzərdə  tutulub.