Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-26 12:43:00
Ölkənin ən perspektivli gəncləri-YÜKSƏLİŞ müsabiqəsi qaliblərinin TƏHSİL və İŞ həyatı

 

15 iyul tarixində “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsi qaliblərin adlarını açıqlayıb.

 

 

Müsabiqənin finalında iştirak edən 112 namizəddən 27-si qalib adını qazanıb.

 

 

Onlar müsabiqəyə müraciət edən 11 760 nəfər arasından idarəçilik səriştəsi və bacarıqlarına görə seçiliblər.

 

 

AzEdu.az Yüksəliş” müsabiqəsinin qalibi və ölkənin ən perspektivli gənclərinin təhsil həyatını təqdim edir:

 

 

1. Orxan Quliyev

 

 

O, 1989-cu ildə anadan olub. Berlin Texniki Universitetində (Technical University of Berlin) Sənaye mühəndisliyi və İdarəetmə (İstehsalatın və proseslərin avtomatlaşdırılması) ixtisası üzrə bakalavr və Sənayə mühəndisliyi və idarəetmə ixtisası üzrə magistr təhsili alıb. "Caspian Innovation Center" MMC-də (SOCAR) Biznes əməliyyatları üzrə rəhbər vəzifəsində çalışır. Eyni zamanda, Bakı Ali Neft Məktəbində müəllim kimi fəaliyyət göstərir.

 

 

2. Ziya Mürsəlzadə

 

 

O, 1990-cı ildə dünyaya gəlib. Bakı Dövlət Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, Lester Universitetində (University of Leicester) Maliyyə ixtisası üzrə magistr təhsili alıb. SOCAR, Əmək şəraiti normalarının işlənməsi İdarəsində idarə rəisinin müavini vəzifəsində çalışır.

 

 

3. Fərrux Əliyev

 

 

O, 1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Jurnalistika ixtisası üzrə bakalavr, Upsalla Universitetində Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr təhsili alıb. Varvik Biznes Məktəbində (Warwick Business School) Biznesin idarə edilməsi ixtisası üzrə ikinci magistr təhsilini bitirib. “PAŞA Holding”də İnnovasiyalar üzrə Proqram rəhbəri vəzifəsində çalışır.

 

 

4. Leyla Xəlilova Rzazadə

 

 

O, 1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetində bakalavr, CIFE Avropa İnstitutunda (CIFE European Institute) Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr təhsili alıb. Təhsil Nazirliyində Təhsil İslahatlarının Koordinasiyası sektorunun müdiri vəzifəsində çalışır.

 

 

5. Orxan Yusibov

 

 

O, 1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavr, Eseks Universitetində Maliyyə və iqtisadiyyat ixtisası üzrə magistr təhsili alıb. “Corporate Solutions Consulting Limited” şirkətində maliyyə məsləhətçisi, “Azərbaycan Dəmir Yolları”nda şöbə rəisi vəzifəsində çalışır.

 

 

6. Kamil Alıyev

 

 

O, 1990-cı ildə anadan olub. Milli Aviasiya Akademiyasında Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi ixtisası üzrə magistr təhsili alıb. "Azərbaycan Hava Yolları"nda Marşrutların və hava gəmilərinin planlaşdırılması şöbəsinin rəisi vəzifəsində çalışır.

 

 

7. Cavid Hümbətov

 

 

O, 1986-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistr təhsili alıb. “Neqsol Holding” MMC-də Hesabatlılıq və Büdcə üzrə menecer vəzifəsində çalışır.

 

 

8. Xamis Seyranov

 

 

O, 1984-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr, Azərbaycan Milli Elmlər Akademiyasında Mülki və təsərrüfat hüququ ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. Malmö Universitetində Dünya siyasi prosesləri ixtisası üzrə ikinci magistr təhsili alıb. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti”ndə şöbə müdiri vəzifəsində çalışır. Azərbaycan Dövlət İqtisad Universitetinin (Business School - MBA Program) və Bakı Dövlət Universitetinin müəllimidir.

 

 

9. Elşən Soltanov

 

 

O, 1987-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr və Biznesin idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. “Azerconnect” MMC-də Müştəri xidmətləri strategiyası və keyfiyyətin təminatı üzrə bölmə rəhbəri vəzifəsində çalışır.

 

 

10. Nazim Novruzov

 

 

O, 1990-cı ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Cihazqayırma mühəndisliyi ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində (keçmiş Qafqaz Universiteti) Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistr təhsili alıb. “Onneks” MMC şirkətinin direktoru və həmtəsisçisidir.

 

 

11. Samir Kərimov

 

 

O, 1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Vergi işinin təşkili və idarə edilməsi ixtisası üzrə bakalavr təhsili alıb. “189 TAXI” şirkətində direktor vəzifəsində çalışır.

 

 

12. Fəxri Hüseynov

 

 

O, 1984-cü ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Kompüter riyaziyyatı ixtisası üzrə bakalavr və magistr, Azərbaycan Milli Elmlər Akademiyasında İdarəetmənin informasiya texnologiyaları ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. “GoldenPay” şirkətində layihə rəhbəri vəzifəsində çalışır.

 

 

13. Elçin Mirzəzadə

 

 

O, 1983-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. “Xalq Bank” ASC-də Kredit məhsulu və biznes proseslərin təhlili şöbəsinin rəisi vəzifəsində çalışır.

 

 

14. Turxan Süleyman

 

 

O, 1988-ci ildə anadan olub. Bakı Slavyan Universitetində Regionşünaslıq (regionlar) ixtisası üzrə bakalavr, Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə magistr və aspirantura/doktorantura təhsili alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim və şöbə müdiri vəzifəsində çalışır.

 

 

15. Ruslan Mirzəliyev

 

 

O, 1988-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavr və İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə magistr, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda Ekonometriya ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. “Azərbaycan Könüllü Təşkilatları İttifaqı”nda sədr müavini, “DOST Agentliyi”ndə şöbə müdiri vəzifəsində çalışır.

 

 

16. Orxan Zakirov

 

 

O, 1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr, Kvinslend Universitetində (University of Queensland) İqtisadi informasiya sistemlər ixtisası üzrə magistr təhsili alıb. “Azərbaycan Beynəlxalq Bankı”nda Scrum Master vəzifəsində çalışır.

 

 

17. Cəfər Cəfərov

 

 

O, 1998-ci ildə anadan olub. Bakı Mühəndislik Universitetində (keçmiş Qafqaz Universiteti) Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr, ADA Universitetində Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr təhsili alıb. Azərbaycan Respublikasının Mərkəzi Bankında iqtisadçı vəzifəsində çalışır.

 

 

18. Məhəmməd Məmmədov

 

 

O, 1992-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, Edinburq Universitetində (University of Edinburgh) Maliyyə ixtisası üzrə magistr təhsili alıb. “Dövlət Neft Fondu”nda Baş treyder vəzifəsində çalışır.

 

 

19. Ləman Qafarzadə

 

 

O, 1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr və aspirantura/doktorantura, Qlazqo Universitetində (The University of Glasgow) Kommersiya hüququ ixtisası üzrə magistr təhsili alıb. “Ali Məhkəmənin İnzibati Kollegiyası”da Kollegiya sədrinin köməkçisi/ hakim köməkçisi vəzifəsində çalışır.

 

 

20. Ramtiq Alızadə

 

 

O, 1996-cı ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Dillər Universitetində Regionşünaslıq (İsrail) ixtisası üzrə magistr təhsili alıb. “Gənclərin İnkişaf və Karyera Mərkəzi”ndə Regionların İnkişaf Departamentinin direktoru vəzifəsində çalışır.

 

 

21. Vüqar Mirzəzadə

 

 

O, 1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Kommersiya ixtisası üzrə bakalavr, Qlazqo Universitetində (The University of Glasgow) İdarəetmə və beynəlxalq maliyyə ixtisası üzrə magistr təhsili alıb. “Azərbaycan İnvestisiya Holdinqi”ndə Nəqliyyat şöbəsinin rəisi vəzifəsində çalışır.

 

 

22. Tural Feyzullayev

 

 

O, 1990-cı ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavr, Tuluz Universitetində Beynəlxalq və Avropa hüququ və Beynəlxalq Biznes hüququ ixtisasları üzrə magistr təhsili alıb. Bakı Dövlət Universitetində Beynəlxalq Bank Hüququ üzrə müəllimdir. AccessBank QSC-də Hüquq və Komplayens Departamentinin Rəhbəri vəzifəsində çalışır.

 

 

23. Semral Əliyev

 

 

O, 1990-cı ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universiteti (keçmiş Qafqaz Universiteti) Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistr təhsili alıb. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”ndə sektor müdiri vəzifəsində çalışır.

 

 

24. Saməddin Abbasov

 

 

O, 1989-cu ildə anadan olub. İqtisadiyyat və idarəetmə ixtisası üzrə bakalavr və Qafqaz Universitetində MBA proqramı çərçivəsində Maliyyə və kredit ixtisası üzrə magistr təhsili alıb. Azərbaycan Respublikasının Mərkəzi Bankında Statistika departamentinin Xarici sektorun statistikası şöbəsinin əməkdaşıdır.

 

 

25. Orxan Qazı zadə

 

 

O, 1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr, Dövlət və hüquq nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr təhsili alıb. “Azərbaycan Respublikasının Baş Prokurorluğu, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi”ndə prokuror vəzifəsində çalışır.

 

 

26. Ülkər Məlikova

 

 

O, 1991-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr, magistr və aspirantura/doktorantura təhsili alıb. "Competo" MMC şirkətində Hüquq məsələləri üzrə menecer, “KOBİA”da Korporativ hüquq üzrə ekspert, Bakı Dövlət Universiteti, "SABAH" Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universitetində müəllim vəzifəsində çalışır.

 

 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

 

 

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları