Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-26 11:18:00
Növbəti TOEFL iBT imtahanları keçirilib  

Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL iBT imtahanları keçirilib.

DİM-dən bildirilib ki, imtahanlar iki növbədə DİM-in Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

Günün birinci yarısında keçirilən imtahanda 13, ikinci yarısında keçirilən imtahanda isə 1-i əcnəbi olmaqla 14 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının avqustun 7-də keçirilməsi nəzərdə tutulur.