Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-20 20:00:00
“Mübahisəli suala görə 700 bal toplayacağımı düşünmürdüm” - SONA MEHDİZADƏ 

“Mübahisəli suala görə 692 bal topladığımı düşünürdüm”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı I ixtisas qrupu üzrə 700 bal toplayan 58 nömrəli tam orta məktəbin şagirdi Sona Mehdizadə deyib. O cavabı öyrənəndə çox sevindiyini qeyd edib:

“Mübahisəli suala görə 692 bal topladığımı düşünürdüm. Həmin sualda səhvim olmuşdu. Nəticələr çıxanda aydın oldu ki, Dövlət İmtahan Mərkəzi həmin sualı xeyrimizə götürüb. Fəxrli hissdir. Valideylərimi sevindirdim və müəllimlərimin əziyyətini yerdə qoymadım”.

Qeyd edək ki, İmtahanda I ixtisas qrupu üzrə 11 abituriyent (Bakı şəhəri, 297 saylı orta məktəb, 109 saylı orta məktəb, 169 saylı orta məktəb, 58 saylı orta məktəb, Göyçay rayonu, Ləkçılpaq kənd 1 saylı orta məktəb, Goranboy rayonu, Sarıkürd orta məktəbi, Abşeron rayonu, Xırdalan şəhər 9 saylı orta məktəb, Bakı Türk liseyi, “Elitar” gimnaziya-İ.Əfəndiyev adına, Abşeron rayonu, Ceyranbatan qəsəbə 1 saylı orta məktəb, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunları), IV ixtisas qrupu üzrə isə 4 abituriyent (Bakı şəhəri, 29 saylı orta məktəb, 192 saylı orta məktəb, “İntellekt” məktəb-liseyi, Lənkəran rayonu, 4 saylı Humanitar Təmayüllü Məktəb-Liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları