Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-20 19:00:00
Hər 2 imtahanda 695 bal toplayan ABİTURİYENT:  “Stresdən cavabı dəyişdim”

“Birinci imtahanda Azərbaycan dilindən, ikinci imtahanda ingilis dilindən səhv etdim”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı yaz və yay qəbul imtahanlarının hər ikisində də 695 bal toplayan Hidayət Ələkbərli deyib. O, imtahanlarda səhv etdiyi sualların cavabını əvvəlcə düz yazdığını qeyd edib:

“Gələcəkdə daha böyük uğurlara  köklənmək lazımdır. Birinci imtahanda Azərbaycan dilindən, ikinci imtahanda ingilis dilindən səhv etdim. Azərbaycan dilindən olan sualı əvvəl düz yazmışdım, son saniyədə imtahan stresindən cavabı dəyişdim. İkinci imtahanda isə çox rahat idim. 700 ballıq nəticəni özümdən gözləyirdim. Lakin 124-cü sualda səhv etdim. Bu bir qədər qəribə hal olsa da,  uğurdur. Bütün müəllimlərimə bu nəticəni əldə etdiyimə görə təşəkkür edirəm”.

Qeyd edək ki, qəbul imtahanında I ixtisas qrupu üzrə 11 abituriyent (Bakı şəhəri, 297 saylı orta məktəb, 109 saylı orta məktəb, 169 saylı orta məktəb, 58 saylı orta məktəb, Göyçay rayonu, Ləkçılpaq kənd 1 saylı orta məktəb, Goranboy rayonu, Sarıkürd orta məktəbi, Abşeron rayonu, Xırdalan şəhər 9 saylı orta məktəb, Bakı Türk liseyi, “Elitar” gimnaziya-İ.Əfəndiyev adına, Abşeron rayonu, Ceyranbatan qəsəbə 1 saylı orta məktəb, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunları), IV ixtisas qrupu üzrə isə 4 abituriyent (Bakı şəhəri, 29 saylı orta məktəb, 192 saylı orta məktəb, “İntellekt” məktəb-liseyi, Lənkəran rayonu, 4 saylı Humanitar Təmayüllü Məktəb-Liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları