Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-20 18:00:00
“Bütün cavabların düz olduğunu görəndə sevincdən ağladım” - 700 BAL TOPLAYAN

“125-ci sualın düz olduğunu görəndə sevincdən ağladım”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı IV ixtisas qrupu üzrə maksimum nəticə göstərən Lənkəran rayonu, 4 saylı Humanitar Təmayüllü Məktəb-Liseyin məzunu Fəyyaz Aslanlı deyib. O, 700 bal toplayacağını gözləmədiyini qeyd edib:

“İmtahandan sonra cavab kartını yoxlamayacaqdım. Uşaqların balı problemli oldu deyə məcbur qalıb yoxladım. 125-ci sualın düz olduğunu görəndə sevincdən ağladım. Sevincimin həddi-hüdudu yoxdur”

Qeyd edək ki, İmtahanda I ixtisas qrupu üzrə 11 abituriyent (Bakı şəhəri, 297 saylı orta məktəb, 109 saylı orta məktəb, 169 saylı orta məktəb, 58 saylı orta məktəb, Göyçay rayonu, Ləkçılpaq kənd 1 saylı orta məktəb, Goranboy rayonu, Sarıkürd orta məktəbi, Abşeron rayonu, Xırdalan şəhər 9 saylı orta məktəb, Bakı Türk liseyi, “Elitar” gimnaziya-İ.Əfəndiyev adına, Abşeron rayonu, Ceyranbatan qəsəbə 1 saylı orta məktəb, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunları), IV ixtisas qrupu üzrə isə 4 abituriyent (Bakı şəhəri, 29 saylı orta məktəb, 192 saylı orta məktəb, “İntellekt” məktəb-liseyi, Lənkəran rayonu, 4 saylı Humanitar Təmayüllü Məktəb-Liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları