Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-20 16:00:00
Qəbul imtahanın nəticələri AÇIQLANDI

I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanının nəticələri açıqlanıb.

AzEdu.az xəbər verir ki, imtahanda iştirak edən abituriyentlər iş nömrələrini 7727 nörməsinə göndərməklə imtahan nəticələrini öyrənə bilərlər.

Nəticələr yaxın dəqiqələrdə Dövlət İmtahan Mərkəzinin rəsmi saytında da yerləşdiriləcək.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi iyulun-18-də I və IV ixtisas qrupları üzrəali məktəblərə qəbul imtahanları keçirib. İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 49 binada aparılıb. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.