Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-17 14:31:00
Regionlarda metodik xidmətin mövcud vəziyyəti öyrənilir  

Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə metodik kabinet müdirləri və metodistlərlə görüşləri davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, növbəti görüşlər iyulun 13-dən 16-dək Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Göyçay, Ucar və Kürdəmir rayonları üzrə metodik kabinetlərin əməkdaşları ilə keçirilib. MDM-in əməkdaşları həmin rayonlar üzrə 60-dan çox metodik kabinet əməkdaşı ilə fərdi şəkildə görüşüb, elektron təqdimatlarla tanış olublar. Görüşlər zamanı metodistlərin müxtəlif məzmunda sualları cavablandırılıb, təklif və ehtiyacları qeyd edilib.

 

MDM tərəfindən bu formatda görüşlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulub.