Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-17 10:36:00
"Çətin suallar daha çox idi”-MİQ-də yüksək bal toplayan NAMİZƏDLƏR

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilib.

 

 

Müsabiqənin növbəti günündə - 15 iyulda texnologiya və fiziki tərbiyə müəllimi olmaq istəyən şəxslər özlərini sınayıblar.

 

 

İmtahan prosesində iki müdavin yüksək nəticələr əldə edib.

 

 

AzEdu.az həmin şəxslərlə ünsiyyətdə olub və onların təəssüratlarını öyrənib:

 

 

Elnurə Mehralıyeva texnologiya fənni üzrə 57 bal toplayıb:

 

 

O,1996-cı ildə Bərdə rayonunun Seyid Yusifli kəndində anadan olub. Orta ixtisas təhsilini Şəki Regional Kollecində alıb. Hazırda Yevlax rayon 1 saylı orta məktəbdə daimi əsaslarla texnologiya müəllimi kimi fəaliyyət göstərir. 

 

 

 

“Heç bir hazırlığa getmədən özüm öyrənməyə çalışdım. İxtisas fənnindən yalnız 11 gün hazırlaşmaq imkanım oldu. Kurikulumdan isə 1 ay hazırlaşdım. İşə getdiyim üçün çatdırmaq imkanım çox olmurdu və oxumağa o qədər də vaxt tapa bilmirdim”.

 

 

 Emin Sultanzadə fiziki tərbiyə üzrə 56 bal toplayıb:

 

 

O, 9 fevral 1998-ci ildə Bakı şəhərində anadan olub. 2004-2015-ci illərdə ümumi orta təhsil pilləsini başa vurub. 2015-2019-cu illərdə isə Sumqayıt Dövlət Universitetinin kimya və biologiya fakültəsini bitirib. Onun ixtisası fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlıq müəllimliyi olub. 2019-cu il iyul ayında hərbi xidmətə yollanıb və 2020-ci ildə xidmətini başa vurub.

 

 

“2020-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsinə fərdi şəkildə hazırlaşmağa başladım və 2021-ci ilin fevral ayından biliklərimi daha da təkmilləşdirməyi qarşıma hədəf qoydum. Nəticə olaraq bu ilin iyul ayının 16-da fiziki tərbiyə üzrə MİQ-də 56 bal topladım.

 

 

İmtahanda şəffaflığın olması, kadr heyəti, nəzarətçilərin münasibəti mükəmməl səviyyədə idi. Sualların səviyyəsi aşağı, normal və çətin olaraq qurulmuşdu. Fikrimcə, çətin suallar daha çox idi”.

 

 

Müəllim namizəd gələcək hədəflərindən söz açıb:

 

 

“Şagirdlərə daha interaktiv, motivasiyanın və refleksiyanın təşkil etdiyi sinif mühiti formalaşdıraraq təhsilə cəlb olunmalarını təmin edəcəm.

 

 

Gələcək hədəfim humanizm, həssaslıq və empatiya ilə şagirdlərdə tənqidi düşüncə bacarıqlarını inkişaf etdirmək, sağlam, mənəvi-psixoloji mühit qurmaq, gələcək həyatlarında uğura çatmağın yolunun təhsildən, tərbiyədən keçdiyini aşılamaqdır. Daha sonra isə vəzifəm təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək ,ixtisası artırmaq, elmi səviyyəni yüksəltmək, məktəbdənkənar və sinifdənkənar tədbirlər keçirmək, uşaqları və gəncləri fiziki və psixoloji zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək olacaq.

 

 

Bununla yanaşı əziyyətimin yerdə qalmadığına çox sevinirəm Allaha minnətdaram. Həmçinin, Təhsil Nazirliyinin rəhbərliyi başda olmaqla bütün əməkdaşlara, kadr heyətinə, digər texniki nümayəndələrinə dərin hörmət və təşəkkürümü bildirirəm”.

 

 

 

İştirak edən bütün namizədlərə uğurlar arzu edirik!

Şükufə Süleymanlı
Müəllifin digər yazıları