Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-15 15:30:00
Təhsil nazirinin videoqəbulunda iştirak etmək istəyənlərin NƏZƏRİNƏ  

Təhsil naziri Emin Əmrullayev 23 iyul 2021-ci il saat 16:00-da Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonların sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək.

 

AzEdu.az xəbər verir ki, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

 

Qeyd olunan rayonların sakinləri 12-17 iyul (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri) zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/contact_us) vasitəsilə elektron müraciət edərək videoqəbula yazıla bilərlər.