Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-15 14:54:00
Paytaxt məktəblisinin məqaləsi ABŞ mətbuatında nəşr olunub-FOTO

Paytaxt məktəblisinin məqaləsi Amerika Birləşmiş Ştatlarının (ABŞ) “National Geographic” jurnalında nəşr olunub.

 

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 193 nömrəli tam orta məktəbin X sinif şagirdi Çingiz Şiqayev həşəratların yaşayış tərzini öyrənərək, onlar haqqında ingilis dilində məqalə hazırlayıb.

 

Bundan əlavə, məktəbin “Kiçik Akademiya”sının fəal üzvü olan Ç.Şiqayevə AMEA-nın Zoologiya İnstitutu tərəfindən bu istiqamət üzrə araşdırma aparmaq təklif edilib. Hazırda məktəblinin araşdırmaları davam edir.