Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-14 17:12:00
Təhsil İnstitutu Qafqaz Albaniyası ilə bağlı layihəyə başlayır

Təhsil İnstitutu işğaldan azad edilmiş ərazilərdə humanitar və tarixi, mədəniyyət, dini məsələlər üzrə fəaliyyətlərə start verir. Bu fəaliyyətlərin icrası işğaldan azad edilmiş ərazilərin mədəni sərvəti, o cümlədən Qafqaz Albaniyası irsi haqqında məlumatlandırmanın, təbliğat və təşviqat, maarifləndirmə məqsədilə tədbir və layihələrin həyata keçirilməsini nəzərdə tutur.

İnstitutdan AzEdu.az-a bildirilib ki, ilk layihə olaraq Qafqaz Albaniyası haqqında kitabların yazılması, eləcə də Azərbaycanın tarixi və mədəni, o cümlədən Qafqaz Albaniyası irsi haqqında maarifləndirici vebinarların təşkili planlaşdırılır.

Layihənin planına əsasən cari ilin iyul-dekabr ayları ərzində institut tərəfindən bir sıra mövzular üzrə vebinarlar keçiriləcək. Vebinarlar Azərbaycan və rus dillərində olmaqla Azərbaycanın dövlətçilik tarixi və Qafqaz Albaniyası Şimali Azərbaycanda ilkin dövlət qurumu kimi, Qafqaz Albaniyasının əhalisi və tarixi-siyasi coğrafiyası, Qafqaz Albaniyasının maddi mədəniyyəti və tarixi abidələri, Qafqaz Albaniyasından keçən ticarət yolları, alban şəhərləri, alban hökmdarları və onların Azərbaycanın dövlətçilik tarixində rolu, Albaniyada xristianlıq, ərəb işğalı və Albaniyanın süqutu mövzularında keçiriləcək.
Vebinarların tarixi və saatı ilə bağlı ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.