Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-14 10:12:00
“SABAH” tələbələri magistraturaya qəbul imtahanında yüksək nəticə göstəriblər  

“SABAH” qruplarından 2020-2021-ci tədris ilində məzun olan tələbələrin 63,2 faizi 2021-2022-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanında iştirak edib.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, onlardan 95,8 faizi keçid balını toplayıb.

 

“SABAH” qrupları tələbələrindən 1 nəfəri məntiq (50/50), 1 nəfəri informatika (25/25), 7 nəfəri isə ingilis dili (25/25) üzrə maksimal bal yığıb.

 

Qeyd edək ki, 2020-2021-ci tədris ilində “SABAH” qruplarından 28 ixtisas üzrə 759 tələbə məzundur.