Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-13 16:08:00
Magistraturaya qəbul olunanların qeydiyyatına başlanılıb

Ali təhsilin magistratura səviyyəsinə qəbul olunanların təhsil müəssisələrinə elektron qaydada qeydiyyatına start verilib.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, qeydiyyat prosesi iyulun 22-dək davam edəcək.
Müraciət üçün portal.edu.az portalında qeydiyyatdan keçdikdən və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, sosial güzəşt üçün məlumatların təqdim olunması və təhsil haqqının icrası mümkündür. Qeydiyyatla bağlı suallar yaranarsa, portalda “Vətəndaş müraciətləri” bölməsinə və ya 146-5 qaynar xətt nömrəsinə müraciət etmək olar.
Müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən sürətli qeydiyyat, təhsil haqqının onlayn ödənilməsi, sosial güzəşt üçün müraciət, eləcə də digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər.