Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-13 15:09:00
Müəllimlərin işə qəbulu müsabiqəsində könüllü olmaq üçün 650-dən çox tələbə-könüllü müraciət edib

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində könüllü olmaq üçün 650-dən çox tələbə-könüllü müraciət edib.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, Bakı, Abşeron və Sumqayıt şəhərlərində keçirilən müsabiqədə seçimləri uğurla başa vuran və xüsusi təlimlərdən keçən 110-dan çox “Bir” tələbə-könüllü nəzarətçi, yönləndirmə, sosial izolyasiya qaydalarına riayət kimi işlərdə tədbirə dəstək göstərir.

 

Qeyd edək ki, “Bir” tələbə-könüllülər hər il müəllimlərin işə qəbulu müsabiqəsinə könüllü dəstəyi verir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 750-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib.

Xatırladaq ki, 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə iyulun 5-də start verilib. İmtahanlar avqustun 2-dək davam edəcək.