Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-12 15:03:00
MİQ müsabiqəsinin test imtahanı mərhələsinin həftəlik icmalı açıqlanıb  

Təhsil Nazirliyi iyulun 5-dən start verilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinin həftəlik icmalını açıqlayıb.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, həftə ərzində fizika, informatika və ibtidai sinif üzrə test imtahanları təşkil edilib. Fizika fənni üzrə imtahanlarda ümumilikdə 1869 nəfər – 1797 nəfər Azərbaycan bölməsi, 72 nəfər rus bölməsi iştirak edib. Fizika fənni üzrə ən yüksək göstərici 59 bal olub. İnformatika fənni üzrə imtahanlarda ümumilikdə 2 min 534 nəfər – 2 min 439 nəfər Azərbaycan bölməsi, 95 nəfər rus bölməsi iştirak edib. İnformatika fənni üzrə ən yüksək göstərici 58 bal olaraq qeydə alınıb.

 

İbtidai sinif üzrə test imtahanlarında ümumilikdə 7 min 917 nəfər – 7 min 394 nəfər Azərbaycan bölməsi, 523 nəfər rus bölməsi iştirak edib.

 

İbtidai sinif üzrə test imtahanlarında isə ən yüksək nəticə 60 bal olub.