Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-12 14:51:00
SABAH qruplarına tələbə seçimi üçün imtahan keçirilib  

İyulun 10-da SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Xaçmaz və Lənkəranda təşkil olunub.

 

2 saat davam edən imtahanlarda ümumilikdə 1689 tələbənin iştirakı nəzərdə tutulmuşdu.

 

İmtahan nəticələri yaxın günlərdə elan olunacaq.