Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-09 17:20:00
“Təhsilin rəqəmsallaşması: perspektivdə nə var?” mövzusunda panel müzakirə keçiriləcək

İyulun 13-ü saat 11:00-da “WorldSkills Azerbaijan” platforması tərəfindən təşkil edilən veb-proqramlaşdırma üzrə yarışının Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində reallaşacaq bağlanış mərasimi çərçivəsində “Təhsilin rəqəmsallaşması: perspektivdə nə var?” mövzusunda panel müzakirə keçiriləcək.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, müzakirə canlı olaraq feysbuk sosial şəbəkəsi üzərindən yayımlanacaq.

Müzakirədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, “Microsoft Azerbaijan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov iştirak edəcəklər.