Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-09 16:27:00
Datalar, cəmiyyət və rəqəmsallaşma: İnnovativ təhsil mühitinin formalaşmasında inkişafda olan texnologiyaların rolu adlı vebinar təşkil edib.

Azərbaycan Respublikasının Təhsil İnstitutu 8 iyul 2021-ci il tarixində “Datalar, cəmiyyət və rəqəmsallaşma: İnnovativ təhsil mühitinin formalaşmasında inkişafda olan texnologiyaların rolu” adlı vebinar təşkil edib.

 

AzEdu.az xəbər verir ki, vebinarda spiker qismində “Google” şirkətinin xanımlar üçün təsis etdiyi qrantın ilk azərbaycanlı qalibi, Almaniyada süni zəka üzrə “İlin gənc tədqiqatçısı” seçilmiş və Prezident mükafatına layiq görülmüş Günay Kazımzadə çıxış edib.

 

G.Kazımzadə özü haqqında və həyata keçirdiyi tədqiqat layihələri barədə məlumat verdikdən sonra data və inkişafda olan texnologiyaların cəmiyyətə təsiri, innovativ tədqiqat və inkişaf mühitinin inkişafında beynəlxalq təcrübə, innovativ təhsil mühitinin təməlində sektorların əməkdaşlığı, gələcəyə baxış – təhsilin gələcəyi kimi mövzular üzrə çıxış edib.

 

Almaniyada və Avropa ölkələrində tədqiqat institutlarının özəl şirkətlər tərəfindən maliyyələşdirildiyini qeyd edən spiker tədqiqat apardığı Almaniyanın Vayzenbaum İnstitutu haqqında məlumat verib.

 

Vebinar zamanı təhsilin gələcəyində fərdi öyrənmə, inklüzivlik, mentorluq və müəllimlik, bacarıqlara əsaslanan təhsil, müəllim robotlar və köməkçilər kimi faktorların dayandığı xüsusilə qeyd edilib.


Daha ətraflı: https://bit.ly/3qYxzVk