Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-09 15:22:00
Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi uğurla davam edir

İyulun 5-dən etibarən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib.

AzEdu.az xəbər verir ki, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. On doqquz iş gününü əhatə edəcək imtahanların ilk 5 günündə fizika, informatika və ibtidai sinif üzrə namizədlər iştirak edib. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.

 

Qeyd edək ki, iyunun 4-dən 11-dək müsabiqənin elektron ərizələrin qəbulu mərhələsi keçirilib.

Bu mərhələdə müsabiqədə iştirak etmək üçün 62242 namizəd qeydiyyatdan keçib. Ərizələr emal edildikdən sonra 59171 namizədin ərizəsi qəbul olunub və onlar növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Onlardan 59153 nəfər müsabiqənin test imtahanı mərhələsində iştirak edəcəklər.