Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-11 15:48:00
MİQ-də yüksək nəticə əldə edənlər-"Orta səviyyədə hazırlanmış imtahan idi"

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilib.

 

 

Müsabiqənin 7 iyulunda ibtidai sinif müəllimi olmaq istəyən şəxslər özlərini sınayıblar.

 

 

İmtahan prosesində 5 nəfər maksimum nəticə olan 60 balı toplayıb.

 

 

AzEdu.az ən  yüksək bal toplayan namizədlərlə ünsiyyətdə olub və onların təəssüratlarını öyrənib.

 

 

Vəfa Rəcəbova bundan öncə də MİQ müsabiqəsində iştirak edib:

 

 

O, 2018- ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini  bitirib. Mezun olduqdan sonra 2 il kursda çalışıb. 2019-cu ildə ferdi hazırlaşaraq MİQ-də 50 ballıq nəticə əldə edib. Bu il isə ən yüksək bal olan 60-ı toplayıb. 

 

 

“İmtahan zamanı bacardığım qeder həyəcanımı boğdum, çünki bu hiss insana  yalnız zərər verə bilər. 

 

 

Suallar asan, orta və çətin taksonomiyasi üzrə qurulmuşdu.Test tapşırıqları mənə çox asan gəldi.

 

 

Hədəfim hər tərəfli özümü inkişaf etdirmək və gələcək üçün vətənə layiqli vətəndaşlar yetişdirməkdir!”.

 

 

Səbinə  Nəbiyeva ilk dəfədir ki, MİQ-də iştirak edir:

 

 

O, 1999-cu ildə anadon olub. Orta təhsilini Sumqayıt şəhər 15 saylı tam orta məktəbdə başa vurub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif müəllimliyi fakültəsini bu il bitirib. MİQ-də ilk defedir ki, iştirak edir.

 

 

“Orta səviyyədə hazırlanmış imtahan idi. Uşaqları çox sevirem və onlarla interaktiv təlim üsullarından istifadə edərək yüksək səviyyədə  təhsil verməyi düşünürəm. Buna görə də əlimdən gələni edəcəyəm”.

 

 

İştirak edən bütün namizədlərə uğurlar arzu edirik!

Şükufə Süleymanlı
Müəllifin digər yazıları