Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-08 13:48:00
Vətən müharibəsində iştirak etmiş məktəblinin dostları ilə görüş  

İyulun 8-də təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə Vətən müharibəsində iştirak etmiş “Məktəblinin dostu” layihəsinin əməkdaşları ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Vətən müharibəsindəki qalibiyyətimizdən söz açıb. Bildirib ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir.

 

“Məktəblinin dostu” layihəsinin əhəmiyyətinə toxunan nazir müavini çıxışının sonunda məktəblinin dostlarının hər birinə Vətən müharibəsində göstərdikləri şücaətə görə təşəkkür edib və onlara uğurlar arzulayıb.

 

Sonda Vətən müharibəsində iştirak etmiş “Məktəblinin dostu” layihəsinin 9 əməkdaşına hədiyyələr təqdim edilib.