Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-07 15:57:00
Təhsildə Keyfiyyət Təminatı Agentliyi iyun ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb  

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) iyun ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.

TKTA-dan bildirilib ki, iyun ayı üzrə icrası 16 gün ərzində tamamlanan 208 müraciətçinin 144-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib. 64 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 33, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 27, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 2, digər səbəblər üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 77, Ukraynadan 62, Türkiyədən 37, Gürcüstandan 8, Böyük Britaniyadan 5, digər ölkələrdən isə 19 müraciət olub.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 34, iqtisadiyyat üzrə 17, menecment üzrə 15, tibb 13, maliyyə və kredit üzrə 8 nəfər müraciətçi qeydə alınıb.