Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-07 10:54:00
Ali Attestasiya Komissiyası və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birgə layihəsinin təqdimatı keçirilir YENİLƏNƏCƏK  

İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi-tədqiqat müəssisələrinin akkreditasiya prosesinin gücləndirilməsi barədə birgə layihəsinin təqdimatı keçirilir.

AzEdu.az xəbər verir ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və “IBF” şirkətinin rəhbərlik etdiyi Konsorsium ilə birgə həyata keçiriləcək layihənin təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas açılış nitqi ilə çıxış ediblər. Açılış nitqində ölkəmizdə elmin inkişafı və elmi-tədqiqat müəssisələrinin akkreditasiya prosesinin gücləndirilməsi istiqamətində islahatlardan bəhs olunub. Layihə rəhbəri İlkin Nəzərov layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, layihə 3 mərhələdə - hazırlıq, icra, yekun icra olunacaq. Layihənin 2022-ci ildə yekunlaşdırılması nəzərdə tutulub.