Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-06 17:55:00
Xarici universitetlərə tələbə qəbulu bizim işimiz deyil – Dövlət Proqramının rəhbəri

 

“Müraciət  etmək istəyənlərin  əksəriyyəti  elə  başa  düşür ki, biz  doktorantura  üzrə  xarici  təhsil  müəssisələrinə  tələbə qəbulu  həyata  keçiririk. Ancaq  bu  belə  deyil”.

 

AzEdu.az  xəbər verir ki, bunu  2019-2023-cü  illər  üçün  Azərbaycan Respublikasında  ali  təhsil  sisteminin  beynəlxalq  rəqabətliliyinin  artırılması  üzrə  Dövlət  Proqramı  İdarəetmə  Qrupunun  rəhbəri  Turan  Topalova  deyib.

 

O, bildirib  ki, əvvəlcə  tələbə  müraciət  etdiyi  xarici  universitet  tərəfindən  qəbul  edilməlidir:

 

“Qeyd  etdiyim  ki, xaricdə  doktorantura  üzrə  ali  təhsil  almaq  istəyən  tələbə  istədiyi  universitetə  müraciət  edir  və  orada  dəvət  məktubu  aldıqdan  sonra  müvafiq  sənədlərlə  bizə  müraciət  edir.  Bununla  yanaşı  proqrama  müraciət  üçün  əsas  tələblədən  biri  də  budur.

 

Hazırda  yerli  ali  təhsil  müəssisələrində  doktorantura  üzrə  təhsil  alan  tələbələr  də  təhsillərini  dondurmaqla  bu  proqramda  iştirak  edə  bilərlər.  Sadəcə  proqramın  mü2ddəti  bitdikdən  sonra  ölkəyə  qayıtmaq  zəruridir”.