Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-06 17:45:00
Xaricdə öz hesabına oxuyan şəxs dövlət proqramından yararlana biləcək -RƏSMİ

 

 

 

“Əgər  tələbə  öz  hesabına, hər  hansısa  bir  fond, universitet, Hökumətlərarası  təqaüd  proqramları  vasitəsi  ilə  xaricdə  təhsil  alıbsa  və  dövlət  hesabından  faydalanmayıbsa  o  zaman  bu  proqramda  iştirak  edə  bilər”.

 

AzEdu.az  xəbər verir ki, bu sualı Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov “2021-ci il üzrə xaricdə doktorantura təhsili” ilə bağlı canlı yayımda deyib.

 

O, xaricdə öz hesabına doktorantura təhsili alan şəxslərin  “2021-ci il üzrə xaricdə doktorantura təhsili”proqramı üzrə iştirak etməsinə cavab olaraq bunları bildirib:

 

“Bu  halda  o, Dövlət  Proqramı  vasitəsi  ilə  xaricdə  doktorantura  təhsili  ala  bilər. Yox  əgər, tələbə  dövlət  hesabına  xaricdə  təhsil  alıbsa  o  zaman  bu  proqramdan  faydalana  bilməz”.