Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-06 17:32:00
Xaricdə tədqiqat aparmaq istəyənlərə əla xəbər – Maliyyələşdirilə bilər -RƏSMİ

 

“ “2021-ci il üzrə xaricdə doktorantura təhsili” üzrə Dövlət Proqramının   özəlliyi  ondan  ibarətdir  ki, siz  öncədən  müəyyən  edilmiş  ixtisas  üzrə  təhsil  alırsız”.

 

AzEdu.az  xəbər verir ki, bu sualı Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov “2021-ci il üzrə xaricdə doktorantura təhsili” ilə bağlı canlı yayımda deyib.

 

O, qeyd  edib  ki, proqrama  təqdim  edilən vacib  sənədlərdən  biri  də  tədqiqat  mövzusudur:

 

“Əgər  tələbə   proqram  çərçivəsində  tədqiqatını  fərqli  ölkələrdə  və  müəssisələrdə  davam  etdirmək  istəyirsə, bu  öncədən  müzakirə  edilə və  razılaşdırıla  bilər. Bu  zaman  tədqiqat  maliyyələşdirilə də  bilər. Ancaq, bu  trasfer, tədqiqatın  fərqli  ölkə  və  müəssisədə  davam  etdirilməsi  həmin  şəxsin  qazandığı  başqa  bir  proqram  çərçivəsində  həyata  keçirilməsi  nəzərdə  tutulursa, o  zaman  bu  maliyyələşmə  mümkün  deyil. Çünki  bu  proqramdan  kənar  sayılır”.