Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-06 17:20:00
Xaricdə doktorantura oxumaq istəyənlərə vacib xəbər – Bu, ödənişli olacaq

 

 

2019-2023-cü  illər  üzrə  xaricdə  doktorantura  üzrə  Dövlət  Proqramına  namizədlərin  seçimi  həyata  keçirilir.

 

Bəs, Azərbaycanda  doktoranturanı  bitirən  şəxs  ikinci  dəfə  xaricə doktoranturaya bu proqram vasitəsi ilə  qəbul olabilərmi?

 

AzEdu.az  xəbər verir ki, bu  sualı   Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq  şöbəsinin  müdiri  Tural  Əhmədov  “2021-ci  il  üzrə  xaricdə  doktorantura  təhsili” ilə  bağlı  canlı yayımda  cavablandırıb.

 

O  bildirib  ki, qanunvericiliyə  əsasən, ikinci  təhsil  ödənişli  əsaslarla  həyata  keçirilir. Bu  proqram  isə  tamamilə  dövlət  tərəfindən  maliyyələşdirilir,yəni  ödənişsiz  əsaslarla  həyata  keçirilir.