Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-06 16:55:00
“Pandemiya dövrü üçün ümumi təhsil pilləsinə aid resurslar” adlı rubrika yaradılıb  

Təhsil İnstitutunun (ARTİ) rəsmi internet səhifəsində “Pandemiya dövrü üçün ümumi təhsil pilləsinə aid resurslar” adlı rubrika yaradılıb. Rubrikada məktəb direktorları, müəllimlər və valideynlər də daxil olmaqla müxtəlif hədəf qrupları üçün çoxsaylı resurs hazırlanaraq yerləşdirilib.


AzEdu.az xəbər verir ki, müəllimlər üçün psixi sağlamlıq və psixososial dəstəklə bağlı "Şagirdlərə psixososial dəstəyin göstərilməsinə dair müəllimlər üçün tövsiyələr" (https://bit.ly/3ysbHnP) və "Şagirdləri öyrənməyə təşviq edən strategiyalar: müəllimlər üçün tövsiyələr"(https://bit.ly/3dP0TrT) adlı 2 tövsiyə hazırlanıb.

 

Rubrikada "Valideynlər üçün uşaqlara psixososial dəstək göstərməklə bağlı təlimat" (https://bit.ly/3dMzUNU) da yerləşdirilib.


Bununla yanaşı, ARTİ-nin rəsmi internet səhifəsinin “Media” bölməsinin “Video” hissəsində valideynlər üçün əlavə olaraq “Valideyn münasibətlərinin uşaq şəxsiyyətinin formalaşmasında rolu”, “Oyunların uşaq inkişafında rolu”, “Valideynlik məktəbi – Şərafət Şirinli” və “Valideynlik məktəbi – Erkin Rəhimov” adlı 4 videotəlimat hazırlanaraq yerləşdirilib. Video formatda olan bu resurslar ARTİ-nin “Youtube” kanalında da öz əksini tapıb.