Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-06 13:04:00
Təhsil İnstitutu “Lütfi Zadə: təfəkkürdə, məntiqdə, elmdə inqilab” mövzusunda vebinar təşkil edəcək

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilən silsilə vebinarları davam etdirir.

İnstitutdan AzEdu.az-a bildirilib ki, növbəti vebinar iyulun 14-ü saat 19:00-da “Lütfi Zadə: təfəkkürdə, məntiqdə, elmdə inqilab” mövzusunda olacaq.

Vebinarda spiker qismində ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru, dosent Elxan Bəylərov çıxış edəcək.

Elxan Bəylərov 2014-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə, pedaqogika və psixologiya üzrə ekspert şurasının üzvüdür. O, Azərbaycanın təhsil sahəsindəki islahatlarda kurikulumların, o cümlədən məzmun və qiymətləndirmə standartlarının hazırlanmasında iştirak edib.

 

E.Bəylərov Təhsil Nazirliyinin və Hollandiyanın “Cito” qrupunun milli məsləhətçisi olub, 100-dən çox elmi-metodik və pedaqoji əsərin, 25-dən artıq proqram, dərslik, kitab və kitabçanın, həmçinin Azərbaycanda ilk məntiqi test toplusu olan “Bir sual 880 cavab və ya min bir sirrin xəzinəsi (2002)” vəsaitinin müəllifidir.
Tədbirdə ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, doktorant və dissertantlar, magistrlər, məktəb rəhbərləri və digər pedaqoji sahələrdə çalışanlar iştirak edə bilərlər.