Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-06 10:51:00
Təhsildə Keyfiyyət Təminatı Agentliyi AzMİU-nun əməkdaşları üçün seminar keçirib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) akademik və inzibati heyəti “Akkreditasiya qiymətləndirilməsində ekspertlərin rolu” mövzusunda dördgünlük seminar keçirib.

 

AzMİU-dan AzEdu.az-a bildirilib ki, seminarda TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov geniş təqdimatla çıxış edib. Görüş iştirakçılarına Nazirlər Kabinetinin 14 dekabr 493 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” və bu qaydalara əsasən ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsində iştirak edəcək ekspertlərin rolu, əhəmiyyəti və onlara qoyulan minimal tələblər barədə məlumat verilib. Yeni redaksiyada təsdiq olunmuş akkreditasiya qaydalarının əvvəlki redaksiyadan fərqlərinə dair məqamlar xüsusi qeyd olunub. Eyni zamanda, Agentlik tərəfindən yaradılan “Ekspert bankı”na seçilmiş nümayəndələr üçün müvafiq təlimlərin təşkil olunması və ekspertlərin sertifikatlaşdırılması məsələsi də diqqətə çatdırılıb.

 

Təqdimatdan sonra nümayəndələri maraqlandıran suallar cavablandırılıb.