Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-05 17:37:00
Məktəb inspektoru vakansiyası üzrə növbəti yazılı imtahan keçirilib  

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Məktəblərdə keyfiyyətin inspeksiyası” layihəsi çərçivəsində məktəb inspektoru vakansiyası üzrə növbəti yazılı imtahan keçirilib.

 

TKTA-dan AzEdu.az-a bildirilib ki, imtahan iyunun 30-dək müraciət etmiş və vakansiya tələblərinə uyğun hesab edilən namizədlərin sahə üzrə biliklərinin yoxlanılması məqsədilə təşkil olunub. 70 dəqiqə davam edən imtahanda 127-si qadın, 73-ü kişi olmaqla, ümumilikdə 200 nəfər iştirak edib. İyulun 14-dək namizədlərə imtahanın nəticələri barədə məlumat veriləcək, uğurlu nəticə əldə edən şəxslər müsahibədə iştirak etmək üçün agentliyə dəvət olunacaq.

 

Sözügedən vakansiya iyunun 14-də elan olunub. Müraciətlərin qəbulu iyulun 10-dək davam edəcək. İyulun 10-dək müraciət edən və vakansiya tələblərinə uyğun hesab olunan namizədlər üçün iyulun sonunadək növbəti dəfə yazılı imtahan təşkil olunacaq.