Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-03 10:18:00
Ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi ilə bağlı sorğunun nəticələri açıqlanıb  

Təhsil İnstitutu “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən sorğunun növbəti nəticələrini açıqlayıb.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, Tİİ fəaliyyətlərinin vəziyyətinin monitorinqi və qiymətləndirilməsi məqsədilə keçirilən sorğuda 20 ali təhsil müəssisəsi (13-ü Təhsil Nazirliyinə, 6-sı digər nazirliklərə tabe, 1-i özəl olmaqla) iştirak edib.

 

Araşdırmalar göstərir ki, sorğuda iştirak edən 19 universitetin 35-40 faizi qanunvericilik aktlarının, yeni hüquqi aktların və yeni milli strategiyaların hazırlanmasında və ya məsləhətləşməsində iştirak etmir. Ali təhsil müəssisələrinin dövlət strukturları ilə daha sıx əməkdaşlığının təmin olunması, qanunvericiliyə dair müvafiq sənədlərin və strategiyaların hazırlanması proseslərinə daha yaxından cəlb olunması aidiyyəti sahə üzrə fəaliyyətləri daha effektiv edə bilər.

 

Xatırladaq ki, Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi layihə 2018-ci ilin oktyabr ayı ilə 2020-ci ilin may ayı arasında olan dövrü əhatə edib. Layihənin həyata keçirilməsində əsas məqsəd ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası və idarə edilməsinin gücləndirilməsi olub.