Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-02 18:16:00
Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzində ötən ay 102 müraciətə baxılıb  

Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) “Qaynar xətt”i gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

İnstitutdan bildirilib ki, iyun ayı ərzində “Qaynar xətt”ə ümumilikdə 102 müraciət daxil olub. Müraciətlərin 81-i yerində cavablandırılıb, 21-i isə aidiyyəti üzrə yönləndirilib.

Xatırladaq ki, MDM-in “Qaynar xətt”i metodistlərin və təhsil işçilərinin COVID-19 pandemiyası səbəbi ilə tətbiq edilən distant təhsil və onun təşkili ilə bağlı müraciətlərini qəbul etmək məqsədilə yaradılıb.