Şuşa üzrə ümumtəhsil müəssisələrini 2020-ci ildə bitirmiş 176 şagird buraxılış imtahanı verərək attestat alıb.

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, attestat alanların 78.98 faizi (139 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 74.43 faizi (131 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib. Ümumilikdə attestat alanların 91.48 faizi (161 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib.

 

Qəbul imtahanlarının nəticələrinə əsasən, rayonun 87 məzunu (imtahanlarda iştirak edənlərin 54.04 faizi) tələbə adını qazanıb. Onların 39.08 faizi (34 nəfəri) dövlət, 1.15 faizi (1 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 51.72 faizi (45 nəfəri) dövlət, 8.05 faizi (7 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.

 

Rayonun abituriyentlərinin I-IV qruplarda ana dili, riyaziyyat, fizika və kimya fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağıdır. Fərq ana dilindən - 0.75 faiz, riyaziyyatdan - 7.71 faiz, fizikadan - 11.36 faiz, kimyadan - 15.20 faiz təşkil edir. Ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır.

 

Məzunların 20 nəfəri 500-dən, o cümlədən 7 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universitetinə qəbul olub. Rayonun abituriyentlərinin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 292.932-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 5.0 faiz yuxarıdır.

 

Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər 75.00 faizdir.

 

Qəbul imtahanlarında 14 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Şuşa 20 saylı şəhər tam orta məktəbinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

 

Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Şuşa 1 saylı şəhər tam orta məktəbi daxil olub.