Vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən müsahibələrin nəticəsinə yenidən baxılması üçün namizədlər tərəfindən vakant vəzifənin aid olduğu dövlət orqanlarında yaradılan apellyasiya şuralarına ümumilikdə 124 şikayət daxil olub.

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, 2020-ci il dekabrın 31-nə olan məlumata görə, il ərzində apellyasiya şikayəti vermiş 21 namizədin şikayəti təmin edilib və namizədlərin iddia etdikləri vəzifələrə uyğun olduğu bilinib.

 

Apellyasiya şuraları 11 vəzifə üzrə namizədlərlə yeni müsahibənin keçirilməsi barədə qərar qəbul edib, 40 vəzifə üzrə isə müsahibənin nəticəsi qüvvədə saxlanılıb.