Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-25 11:24:00
Azərbaycanda 2020-2021-ci tədris ili necə keçdi

İyunun 25-i, saat 12:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Nadir İsrafilov bütün bu yeniliklərin tədris prosesində necə əks olunduğu və təhsil ilinin yekunları barədə danışacaq.

 

AzEdu.az xəbər verir ki, iyunun 15-də Azərbaycanda 2020-2021-ci tədris ili başa çatdı. İlk dəfə olaraq təhsil alanlar ilboyu karantin məhdudiyyətləri şəraitində oxumalı oldular. Həmin tədris ili həm təhsil sistemi, həm də şagird, tələbə və validenylər üçün əsl sınaq ili oldu.

 

Koronavirus pandemiyası bütün dünyada tədris prosesinə ciddi zərbə vurdu. Ötən tədris ili ərzində virusun yayıldığı bütün ölkələrdə, o cümlədən, Azərbaycanda da ilk karantin tədbirlərindən biri universitet, məktəb və uşaq bağçalarının bağlanması oldu. Etiraf etmək lazımdır ki, Azərbaycanın Təhsil Nazirliyi bu sahədə hər hansı bir təcrübənin və əsaslana biləcək nümunənin olmamasına baxmayaraq vəziyyətə çevik reaksiya verərək məktəb və universitet təhsilini yeni şəraitə uyğunlaşdırmaq üçün addımlar atmağa başladı. Ölkədə teledərslərdən və onlayn-tədrisdən istifadə olunmağa, "TV-dərslər" və "Virtual məktəb" layihələri gerçəkləşdirilməyə başlandı. Və bu, vəziyyətdən yeganə düzgün çıxış yolu idi.

 

İyunun 25-i, saat 12:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Nadir İsrafilov bütün bu yeniliklərin tədris prosesində necə əks olunması və 2020-2021-ci təhsil ilinin yekunları barədə danışacaq.

 

Spikerə suallarınızı öncədən [email protected] elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.



Read more: https://sputnik.az/pressclub/20210621/427276708/Azrbaycanda-2020-2021-ci-tdris-ili-nec-kedi.html