Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-24 15:04:00
Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib-FOTO  

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) rəhbərliyi arasında görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşün məqsədi Agentliyin fəaliyyəti barədə Şuranı məlumatlandırmaq və onun fəaliyyəti ilə bağlı ictimaiyyətin rəylərini öyrənməkdən ibarət olub.

 

Görüşdə Agentliyin İdarə Heyətinin sədri Eldar Orucov TKTA-nın fəaliyyəti barədə təqdimat edib və cari il ərzində görülən işlər barədə hesabat verib.

 

Daha sonra  İctimai Şuranın üzvlərinin ünvanladıqları suallar cavablandırılıb.

 

Görüşdə Agentliyin fəaliyyət istiqamətlərinə dair rəy və tövsiyələr verilib, ictimaiyyəti maraqlandıran məsələlərə toxunulub.

 

Sonda TKTA və İctimai Şura arasında əməkdaşlığın davam etdirilməsi qərara alınıb.