Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-18 10:50:00
Müəllimlərin imtahanında maksimum bal toplayanlar

İyulun 16-dan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə test imtahanına start verilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzindən AzEdu.az-a bildiriblər ki, ibtidai sinif üzrə keçirilən imtahanlarda 3197 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə 58 bal qeydə alınıb.

Qeyd edək ki, iyulun 10-dan başlayaraq, elektron ərizəsi qəbul edilən namizədlərin şəxsi səhifələrinə müsabiqənin ikinci mərhələsinin – test imtahanının keçiriləcəyi tarix və yer barədə ətraflı məlumat göndərilib. İbtidai sinif üzrə 16-19 iyul, ingilis dili üzrə 19-20 iyul, alman dili üzrə 20 iyul, riyaziyyat üzrə 23-24 iyul, informatika və təsviri incəsənət üzrə 24 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 25-26 iyul, rus dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili, fransız dili və musiqi üzrə 26 iyul, tarix və kimya üzrə 27 iyul, fizika və texnologiya üzrə 28 iyul, biologiya üzrə 30 iyul, fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya üzrə 31 iyul tarixlərində test imtahanları keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları