Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-17 16:11:37
Akademiklər AzEdu.az-ın sorğusundan danışdılar: ”Ən yaxşı universitetlərimiz bunlardı”   

AzEdu.az təhsil portalı “Azərbaycanda ən yaxşı təhsil verən universitet hansıdır?” adlı sorğu keçirir. 

Bu günün sonuna olan göstəricilərə görə, ilk beşlikdə 22,1% səslə UNEC, 14% səslə ADA Universiteti, 17,5% səslə Azərbaycan Dövlət Pedaqoji Universiteti, 12,4% səslə Bakı Dövlət Universiteti, 7,23% səslə Azərbaycan Dillər Universiteti yer alıb. 

Nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycanda verdiyi təhsilə görə xüsusilə fərqlənən Xəzər Universiteti 0,60% səslə sonuncu yerdə qərarlaşıb. Keyfiyyətli  tədrisinə görə fərqlənən bir neçə dövlət universiteti isə ümumiyyətlə, ilk onluğa daxil ola bilməyib. 

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov AzEdu.az-a açıqlamasında tələbələrin bilik səviyyəsindən və rəylərindən gəldiyi qənaətə görə ən yaxşı təhsil verən bir neçə universitetin adını çəkib:

“Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti və Naxçıvan Dövlət Universitetini ən yaxşı təhsil verən universitetlər hesab edirəm”.

Kimya elmləri doktoru, akademik Adil Qəribov bildirib ki, müəyyən ixtisaslar üzrə bəzi universitetlər daha keyfiyyətli təhsil verir:

“Bakı Dövlət Universiteti, ADA, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət  Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin ən yaxşı ali təhsil müəssisələri olduğunu düşünürəm”.

Media eksperti Arif Əliyev iki ali təhsil müəssisəsinin adını qeyd edib:

“Xəzər və Bakı Dövlət Universitetini ən yaxşı təhsil verən ali təhsil müəssisələri olaraq qeyd edə bilərəm”.

Qeyd edək ki, tələbələri, müəllimləri və özünü təhsilin  bir parçası olaraq görən hər kəsi sorğuda iştirak etməyə və aktiv olmağa səsləyirik.  Sorğu 31 iyul saat  00:00-a qədər davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları