Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-18 13:37:00
“Nizami dünyası” intellektual müsabiqəsinin rayon mərhələsi keçirilib

Paytaxt məktəbliləri arasında təşkil olunan "Nizami dünyası” adlı intellektual müsabiqənin II (rayon) mərhələsi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-a bildirilib ki, müsabiqənin rayon mərhələsi “Kiçik akademiya” üzrə mərkəz olaraq müəyyən edilən məktəblərin dəstəyi ilə təşkil olunub. Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, müsabiqə http://ils.edu.az/ elektron portalında onlayn qaydada keçirilib. Müsabiqədə BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.

Rayon mərhələsinin nəticələrinə əsasən, hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan şagirdlər müsabiqənin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Müsabiqənin final mərhələsində Təşkilat Komitəsi tərəfindən ümumilikdə qalib kimi 9 şagird (2 nəfər I yer, 2 nəfər II yer, 2 nəfər III yer, 3 nəfər həvənləndirici yer) müəyyənləşdiriləcək.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi şagirdlərə Nizami Gəncəvi irsinin öyrədilməsi və tanıdılması, habelə xüsusi istedada malik uşaqları üzə çıxarmaq və şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.