Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-18 12:32:00
Nazir: "Tələbələrin 5 faizi müxtəlif səbəblərdən təhsilini bitirə bilmir"  

“Daha çox bakalavr və magistr səviyyəsi üzrə kredit olacaq. Digər qruplar üzrə yəqin ki, araşdırma aparılacaq”.


Bunu Təhsil naziri Emin Əmrullayev mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, təhlillər göstərir ki, orta hesabla 95 faiz tələbə Universiteti bitirir, digər 5 faiz tələbə təkcə təhsil haqqı yox, başqa səbəblərdən də bitirə bilmir: "İnkişaf etmiş ölkələrdə 30-40 faiz tələbə ali təhsili bitirə bilmir, əsas səbəb də imtahanları verə bilməməyi olur. Amma bizdə tələbələr imtahan verirlər, amma təhsilin keyfiyyəti əsas amildir. Təhsil güzəşti həm də keyfiyyətdə güzəşt deməkdir. Şəhid ailələri, əlilliyi olan şəxslərlə bağlı şərtlər yerində qalır, amma ödənişli şərtlərlə oxuyanlar kredit ala bilər. Konkret şərtlər Himayəçilər Şurası tərəfindən hazırlanacaq və Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. Bu kredit böyük ehtimal ki, Azərbaycanda təhsil alan xarici tələbələrə şamil ediləcək”.

 

Report