Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-17 17:56:00
Təhsil Nazirliyi: 2020-2021-ci tədris ilində 7 milyon nüsxədən çox dərslik və metodik vəsait çap edilib  

2020-2021-ci tədris ilində ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsait çap edilib.

 

Bu barədə AzEdu.az -a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ötən tədris ilində bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib. Dərsliklər sırasında I sinif “Azərbaycan dili (tədris dili)”, I sinif “Riyaziyyat”, I sinif “Azərbaycan dili (dövlət dili)” fənni üzrə dərsliklər yer alır. Yeni dərsliklər sırasında “Macmillan” Nəşriyyatının “İngilis dili” fənni üzrə 1-ci siniflər üçün hazırladığı “Happy Campers” dərsliyi də var.